Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət quruculuğu siyasətindən söz açıb.
YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov qeyd edib ki, fəaliyyətində daim yeniləşməyə, müasirləşməyə, təkmilləşməyə xüsusi önəm verən Yeni Azərbaycan Partiyası VII qurultayında qəbul etdiyi qərarlarla bir daha yenilikçi siyasi qüvvə olduğunu nümayiş etdirdi.
Tədbirdə təşkilatı məsələlərə baxılıb və İdarə Heyətinin sədri, üzvləri müəyyənləşiblər.
Həmçinin YAP sıralarına yeni qəbul olunmuş “ASAN xidmət” mərkəzinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


