Aşura günü qanvermə aksiyası keçiriləcək
“Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb-saytında (www.qafqazislam.com) yerləşdiriləcək”, - deyə qeyd olunub.
Qeyd edək ki, Məhərrəmlik ayı ilə əlaqədar Aşura günü, avqustun 8-də Azərbaycanda qanvermə aksiyası keçiriləcək.
AzVision.az
Teqlər: