|
| Rusiya “Bayraktar” istehsal etmək istəyir – Ərdoğan |
Türkiyə rəsmisi ölkənin müdafiə sənayesi qurumunun hələlik Rusiya ilə pilotsuz təyyarələrin birgə istehsalı üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirmədiyini bəyan edib.
- Deyə bilmərəm ki, bu mümkün olacaq ya yox. Gündəliyimizdə belə bir məsələ yoxdur və bu istiqamətdə heç bir iş aparılmır. Proses Türkiyə Cümhuriyyətinin siyasəti çərçivəsində formalaşıb, biz isə yalnız onun texniki tərəfi ilə bağlı işləri görürük, - Dəmir bildirib.
Xatırladaq ki, CNN Türk telekanalı Rusiya Prezidenti Vladimir Putinin iyulun 19-da Tehranda keçirilən görüş zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana “Baykar” PUA-larının istehsalı sahəsində əməkdaşlıq təklif etdməsi barədə məlumat yaymışdı. “Baykar” kompaniyasının rəhbəri Haluk Bayraktar isə daha öncə deyib ki, Türkiyə Rusiyaya pilotsuz uçuş aparatları verməyib və gələcəkdə də verməyəcək.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


