Bu barədə
AzVision.az -a Təhsil Nazirliyindən xəbər verilib.Bildirilib ki, uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə regionlar üzrə mərhələli formada 22 iyul 2022-ci il tarixindən start verilib. İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) növbəyə yazılanlar 2 302 nəfər, iyulun 26-dan Bakı şəhəri üzrə növbəyə yazılanlar isə 10 258 nəfər olmaqla ümumilikdə 12 560 nəfəri əhatə edir.
AzVision.az