ABŞ hipersəs raketlərdən qorunmaq üçün kosmik şəbəkə yaradır

   ABŞ    hipersəs raketlərdən qorunmaq üçün    kosmik şəbəkə yaradır
  29 İyul 2022    Oxunub:2186
“Əvvəllər kosmik məkan daha təhlükəsiz idi. Lakin indi Rusiya və Çin ABŞ-ın peyklərini hədəfə alıblar”. Bu sözləri amerikalı hərbi ekspert Kleb Larson deyib.
O bildirib ki, Moskva və Pekindən gələn təhdidlərə cavab olaraq Vaşinqton hipersəs raketlərini qeydə almağı və izləməyi bacaran peyklər şəbəkəsi yaratmağa başlayır.

Larson “The National Interest”ə müsahibəsində deyib ki, ABŞ-ın Kosmik İnkişaf Agentiyi (SDA) artıq bu məqsədlə əhəmiyyətli məbləğdə vəsait ayırıb. Agentliyin direktoru Derek Tornirin sözlərinə görə isə, hipersəs raketlərinin qeydə alınması və izlənməsi milli müdafiənin kosmik arxitekturasının yaradılması istiqamətində mühüm addımdır.


Agentlik onu da əlavə edib ki, hipersəs raketlərinin izlənməsi Hind-Sakit Okean Komandanlığı üçün daha vacibdir.

Ekspert sonuncu açıqlamanı belə şərh edir ki, Pekinlə hərbi toqquşma halında əsas yük məhz həmin komandanlığın üzərinə düşəcək, demək, hipersəs raketlərinin zərbələrinə də ilk növbədə onlar məruz qalacaqlar.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Raket   ABŞ  



Xəbər lenti