Almaniyada işsizlik gözləniləndən çox artıb

   Almaniyada işsizlik gözləniləndən çox artıb
  30 İyul 2022    Oxunub:1552
Almaniyada iyulda işsizlərin sayı 48 min nəfər artaraq 2 milyon 463 min nəfərə çatıb.
Bu barədə Bloomberg Federal Məşğulluq Agentliyinə istinadən məlumat yayıb. Almaniyada işsizlik bir ay əvvəlki 5,3 faizlə müqayisədə 5,4 faizə yüksəlib. Ekspertlər orta hesabla işsizlərin sayının 17 min artacağını, eləcə də işsizlik səviyyəsinin 5,4%-ə yüksələcəyini proqnozlaşdırıblar.

Qeyd olunub ki, bu rəqəm 2021-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir. Ardıcıl ikinci aydır işsizlik səviyyəsinin artması Almaniyanın əmək bazarında Ukraynadan olan qaçqınların qeydiyyatının davam etməsi ilə bağlıdır.

AzVision.az



Teqlər:



Xəbər lenti