Rus ordusu dalandadır: Pentaqon Ukraynadakı durumu qiymətləndirib

   Rus ordusu dalandadır:    Pentaqon Ukraynadakı durumu qiymətləndirib
  30 İyul 2022    Oxunub:1011
Ukrayna Rusiya ordusunu çıxılmaz vəziyyətə salan müdafiə səviyyəsinə çatıb. AzVision.az xəbər verir ki, bunu amerikalı jurnalist Keytlin Doornbos "Twitter"də yazıb.
O, məlum sitatın Pentaqonun adı açıqlanmayan iki rəsmisinə aid olduğunu deyib .

Onlardan biri brifinq zamanı qeyd edib ki, belə vəziyyətin yaranmasının bir çox səbəbləri var. O cümlədən rusların döyüş ruhunun aşağı düşməsi, eləcə də cəbhədə böyük itkilər vermələri əsas səbəblərdən sayılır.
- Digər səbəb o ola bilər ki, ukraynalılar rusların komandanlıq və idarəçilərini tapmaqda və onları aradan götürməkdə, eləcə də xeyli sayda Rusiya texnikasını məhv etməkdə xeyli effektli işlər görməyə başlayıblar, - rəsmilərdən biri deyib.

O, həmçinin vurğulayıb ki, artıq bir çox hallarda rus əsgərlərinin döyüş effektivliyi çox zəif olur.

- İnsanları hazırlıqsız vəziyyətdə tanklara mindirdilər. Mən rus tankının dairəvi şəkildə necə hərəkət etməsinin videosunu gördüm. Məlum oldu ki, bu, sürücünün təlim keçməməsi və tank sürməyi bacarmaması ilə bağlıdır, - Pentaqon təmsilçisi qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Pentaqon   Ukrayna  



Xəbər lenti