Qışda Avropa Birliyi çökəcək - “Yahoo News Japan”

// Enerji böhranı siyasi problemlərə transfer olunacaq

      Qışda Avropa Birliyi çökəcək    - “Yahoo News Japan”
  30 İyul 2022    Oxunub:1240
Qış Avropa iqtisadiyyatı və onun birliyi üçün həlledici dövr olacaq. “Yahoo News Japan” yazır ki, elektrik enerjisinin çatışmaması səbəbindən avropalıların həyat keyfiyyətinin pisləşməsi Avropa dövlətləri arasında uzlaşmanın pozulmasına səbəb ola bilər.
“Gələcəkdə avropalıların həyatı elektrik enerjisinin vaxtaşırı kəsilməsi və enerji təchizatına qoyulan məhdudiyyətlər səbəbindən pisləşərsə, bu, Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyalarla bağlı ölkələr arasında razılığın pozulmasına gətirib çıxaracaq və birliyi zəiflədəcək”, - məqalə müəllifləri vurğulayırlar.

Qeyd edək ki, bir qədər əvvəl Aİ ölkələrinin nümayəndələri qaz istehlakını 15% azaltmaq üçün fövqəladə plan barədə razılığa gəliblər. Buna əsasən, dövlətlər 2022-ci il avqustun 1-dən 2023-cü il martın 31-dək qaz istehlakını könüllü olaraq 15% azaltmalıdırlar.

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə bəyan edib ki, Avropa Komissiyasının qaz istehlakını 15% azaltmaq təklifi "praktiki olaraq real deyil".

Nadir Quliyev

AzVision.az



Teqlər: Enerji-böhranı  





Xəbər lenti