İlham Əliyev Mərakeş kralını təbrik edib

   İlham Əliyev Mərakeş kralını təbrik edib
  30 İyul 2022    Oxunub:453
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

"Əziz Qardaşım,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, Azərbaycan-Mərakeş ənənəvi dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

AzVision.az

Teqlər:







Xəbər lenti