"Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir" - Nazirlik

   "Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir" -    Nazirlik
  30 İyul 2022    Oxunub:1325
Elm və təhsil Nazirliyi elm və təhsil sahəsində son günlər həyata keçirilən islahatlarla bağlı açıqlama yayıb.
AzVision.az xəbər verir ki, açıqlamada bildirilib.

"Prezident İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzaladığı Fərmanla Təhsil Nazirliyinin adı Elm və təhsil Nazirliyi olaraq adlandırılıb.

Eləcə də, elm sahəsində dövlət siyasəti və tənzimlənməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edilib.

Buradan da aydın göründüyü kimi, Elm və Təhsil Nazirliyinin yenidən təşkili, elm və təhsil naziri vəzifəsinə yeni təyinatdan söhbət getmir. Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir".

AzVision.az



Teqlər:





Xəbər lenti