Xəzərdə batan gəncin meyiti tapılıb

Xəzərdə batan gəncin meyiti tapılıb
  31 İyul 2022    Oxunub:2085
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1500 metr aralı, nəzarətsiz ərazi) 1997-ci il təvəllüdlü Cəfərov Ərkan Naib oğlunun batması barədə məlumat daxil olub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd olunub ki, Cəfərov Ərkan Naib oğlunun axtarışları başa çatıb. Ə.Cəfərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti