Qrız və Ləzəyə leysan yağıb

   Qrız və Ləzəyə leysan yağıb
  31 İyul 2022    Oxunub:1086
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin iyulun 31-i saat 21:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda (Quba-red) şimşək çaxıb, arabir yağış yağıb, Qrız və Ləzədə leysan xarakterli intensiv olub.

AzVision.az xəbər verir ki, bu barədə ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, yağıntının miqdarı Ləzədə və Qrızda 42 mm təşkil edib. Qərb küləyinin sürəti Şamaxıda 16 m/s -ə çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti