DANX-a yeni mətbuat katibi təyin olundu

DANX-a yeni mətbuat katibi təyin olundu
  01 Avqust 2022    Oxunub:1267
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni mətbuat katibi gətirilib.
AzVision.az xəbər verir ki, nazirin müvafiq əmri ilə bu vəzifəyə Tural Orujov təyin olunub.

Qeyd edək ki, Tural Orucov bundan əvvəl "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də çalışıb, müxbir, aparıcı, baş redaktor müavini, baş redaktor, direktor müavini vəzifələrini icra edib.

AzVision.az



Teqlər:



Xəbər lenti