Ermənilər Əkrəm Əylisliyə kitab yazdı
Kitabın yaranması ideyası “Drujba narodov” jurnalında Ə.Əylislinin romanını oxuyandan dərhal sonra yaranıb. Kitabda böyük rezonans doğuran romanın ictimaiyyətin müzakirəsinə verildiyi zaman kəsiyində (29 yanvar-6 mart, 2013-cü il) yalnız ermənilərin deyil, azərbaycanlıların da fikrinin əks olunduğu müxtəlif qəzet, sayt, bloqlarda yayınlanan 54 yazı oxuculara təqdim olunub.
Kitabda, həmçinin, amerikan, alman və türk mətbuatında bu mövzuda yayınlanan bütün yazılar öz əksini tapıb. Yazıçı hələ kitabını bitmiş saymır. Çünki onun fikrincə, Əkrəm Əylisli ətrafında yaranan qalmaqal və xaos davam edir.
AzVision.az