Meymunçiçəyində inkubasiya dövrü 21 günə qədər ola bilər

   Meymunçiçəyində inkubasiya dövrü 21 günə qədər ola bilər
  01 Avqust 2022    Oxunub:1519
Meymunçiçəyinə yoluxma zamanı inkubasiya dövrü 6-13 gün arasında, bəzən 21 günə qədər ola bilər.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılova deyb.

O bildirib ki, yoluxma dövrü (müddəti 0-5 gün), yüksək hərarət, güclü baş ağrısı, limfoadenopatiya (limfa düyünlərinin böyüməsi), kürəkdə ağrılar, mialgiya (əzələ ağrısı), güclü asteniya (zəiflik) ola bilə: "Limfoadenopatiyaya oxşar ilkin simptomları olan digər xəstəliklərlə (su çiçəyi, qızılca, təbii çiçək) müqayisədə meymunçiçəyinin patoqnomik simptomu sayılır".

AzVision.az



Teqlər:



Xəbər lenti