Azad olunan ərazilərdə ötən ay 683 mina aşkarlanıb

   Azad olunan ərazilərdə ötən ay 683 mina aşkarlanıb
  01 Avqust 2022    Oxunub:1145
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə iyul ayı ərzində minatəmizləmə əməliyyatları barədə məlumat açıqlayıb.
ANAMA-dan AzVision.az -a bildirilib ki, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 578 piyada əleyhinə mina, 105 tank əleyhinə mina və 1028 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 6 903 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

AzVision.az



Teqlər:



Xəbər lenti