|
|
Kommunist Partiyası orduya nəzarəti artıracaq |
Mənbələrin sözlərinə görə, Çinin reaksiyasından narahat olan Co Bayden administrasiyasının rəsmilərinin xəbərdarlıqlarına baxmayaraq, Pelosinin Asiya turu çərçivəsində Tayvana gedəcəyi dəqiqdir.
Tayvan rəsmisi isə qeyd edib ki, Pelosinin bir gecəni bu ölkədə keçirəcəyi gözlənilir. Lakin onun Tayvanın faktiki paytaxtı olan Taypeyə dəqiq nə vaxt enəcəyi bəlli deyil.
ABŞ rəsmisi isə deyib ki, Müdafiə Nazirliyinin rəsmiləri regionda istənilən hərəkəti izləmək və Pelosinin təhlükəsizliyini təmin etmək üçün plan hazırlamaq məqsədilə gecə-gündüz işləyirlər.
Qeyd edək ki, bir müddət öncə Pelosinin mətbuat xidməti onun qastrol proqramını dərc etmişdi. Bildirilir ki, spiker Malayziya, Cənubi Koreya, Sinqapur və Yaponiyaya səfər edəcək. Məlumatda Tayvana səfərdən isə söz açılmayıb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


