Almaniya XİN ruslara viza verilməməsinə aydınlıq gətirdi

Almaniya XİN ruslara viza verilməməsinə aydınlıq gətirdi
  01 Avqust 2022    Oxunub:936
Avropa İttifaqı ruslara Şengen vizalarının verilməsinin ləğvi ilə bağlı qərar qəbul etməyib.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristofer Burger bildirib. “Avropa İttifaqı səviyyəsində Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsini ləğv etməyə imkan verən heç bir qərar yoxdur”, - Burger brifinq zamanı deyib.

Daha əvvəl məlumat verilmişdi ki, Latviya avqustun 1-dən sərhədyanı rayonların sakinləri üçün sadələşdirilmiş səyahət formatı haqqında sazişi dayandırıb. Müqavilə 2010-cu ildən qüvvədədir. Latviya Xarici İşlər Nazirliyi əlavə edib ki, sərhəd icazələrinin verilməsi qeyri-mümkün olub.


AzVision.az



Teqlər:



Xəbər lenti