“Qarabağ”- ın rəqibinin prezidenti azərbaycanlı deyil” - Ramiz Əmirli

                                                         “Qarabağ”- ın rəqibinin prezidenti azərbaycanlı deyil” -    Ramiz Əmirli
  01 Avqust 2022    Oxunub:3147
Mətbuatda zaman-zaman “Ferençvaroş”ın prezidenti Gabor Kubatovun azərbaycanlı olması ilə xəbərlər tez-tez tirajlanır. Xüsusilə, prezidenti olduğu “Ferensvaroş”-un Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la gözlənilən oyunundan öncə bir daha ortaya bu diqqət çəkən iddialar atılıb. Bildirilir ki, Macarıstan klubunun prezidenti əslən azərbaycanlıdır.
Mövzu ilə bağlı "Qardaşlıq" Macar-Azəri Birgə Cəmiyyətinin sədr müavini, 80-ci illərdən Macarıstanda yaşayan Ramiz Əmirlinin fikirlərini öyrəndik.

Ramiz Əmirli AzVision.az -a verdiyi açıqlamada dedi ki, yayılan məlumatların heç bir əsası yoxdur.

- Bir neçə il əvvəl Azərbaycan mətbuatında məlumat yayılandan sonra onunla əlaqə yaratmağa çalışdım. 2018 – ci ilin oktyabrında 5 –də onunla əlaqə qurdum.Kubatova Azərbaycandan yerli istehsal olan konyakımızı gətirdiyimi və ona hədiyyə vermək istədiyimi bildirdim. O, mənim bu istəyimə susqunluq nümayiş etdirməklə cavab verdi. Bundan sonra mən dostlarım vasitəsi ilə də onun kimliyi haqqında maraqlanmağa başladım. Deyəsən milliyətcə bolqardır. Atası çoxdan avtoservis işi ilə məşğul olub. Anası isə macardır. Gabor çox zəngin və tanınmış bir insandır. Macarıstanın Baş naziri Orban Viktorun yaxın ətrafı sayıln insanlardan biridir. Cəmiyyətimizi çaşdırmaq olmaz. Bu heç lazım da deyil. Biz ağı ağ, qaranı qara kimi təqdim etməliyik. Əgər, azərbaycanlı olsa idi, onu macar mediası çoxdan belə təqdim edərdi. Üstəlik, bunu özü də dilə gətirərdi. Biz bu faktı onun dilindən eşitməmişik. Hətta dəfələrlə bu adamı Azərbaycanla bağlı tədbirlərə dəvət etmək istəsək də, o təklifimizə reaksiya verməyib. Onda azərbaycan qanı olsaydı, belə tədbirlərdə iştirak edərdi. Bir dəfə olsun Azərbaycanın xeyrinə fikir səsləndirməyib. Bəlkə də heç bilmir ki, Azərbaycan hansı bölgədə yerləşir!,- Ramiz Əmirli deyib.

Tural Tağıyev

AzVision.az



Teqlər:





Xəbər lenti