Hər üçüncü rusiyalı Günəşin Yer ətrafında fırlanmasına inanır

   Hər üçüncü rusiyalı Günəşin Yer ətrafında fırlanmasına inanır
  02 Avqust 2022    Oxunub:1027
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi maraqlı bir sorğu keçirib. Sorğu zamanı respondentlərə elmi savadlılıq səviyyəsini müəyyən etmək üçün 6 sadə sual verilib.
AzVision.az xəbər verir ki, Rusiya mətbuatında dərc olunan sorğunun nəticələrinə görə, rusların əhəmiyyətli bir hissəsi onlara verilən sualların cavabını bilməyib.

Beləliklə, iştirakçıların 21%-i altı sualdan yalnız iki və ya daha az suala düzgün cavab verib.

Sorğunun nəticələrinə görə rusların əksəriyyəti Günəşin Yer ətrafında fırlanması ilə bağlı yanlış fikirlərə sahibdirlər. Hər üçüncü rusiyalı Günəşin Yer ətrafında fırlandığına inanır (respondentlərin 35%-i). 61% isə belə bir fikri yalan sayır. 4% cavab verməkdə çətinlik çəkib. 2007-ci ildə keçirilən analoji sorğu zamanı respondentlərin 28%-i, 2011-ci ildə isə 32%-i bu yalan məlumatla razılaşıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti