Koronavirusa yoluxan analar körpəyə süd verə bilərlər - Səhiyyə Nazirliyi

   Koronavirusa yoluxan analar körpəyə süd verə bilərlər -    Səhiyyə Nazirliyi
  02 Avqust 2022    Oxunub:1377
"COVID-19-a yoluxan analar körpəyə süd verə bilərlər".
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Erkin Rəhimov deyib.

O bildirib ki, aparılan elmi tədqiqatlar onu göstərir ki, virus ana südü ilə uşağa keçmir: “Buna görə də COVID-19 ilə yoluxmadan sonra da ana körpəsini öz südü ilə qidalandıra bilər”.

Ekspert qeyd edib ki, bu zaman diqqət edilməli məqamlar var: “Süd verən zaman ana maska taxmalı, əl təmizliyinə riayət etməli, uşağı qidalandırdıqdan sonra virusa yoluxmuş ana iki metr uzaqda olmalıdır. Südü butulka ilə uşağa yedirən zaman da butulka təmizlənməlidir. Çünki ana südünün faydası virusun körpəyə ötürülməsi riskindən daha üstündür”, - həkim bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti