Rəsmilər "Xanoba" sərhəd-buraxılış məntəqəsində

 Rəsmilər "Xanoba" sərhəd-buraxılış məntəqəsində
  03 Avqust 2022    Oxunub:1136
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Dövlət Gömrük Komitəsinin sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycan-Rusiya sərhədindəki "Xanoba" sərhəd-buraxılış məntəqəsinə səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə gömrük rəsmisi məlumat verib.

"Məntəqədə sərhəd və gömrük xidmətlərinin qarşılıqlı fəaliyyəti üçün yaradılan imkanlar və inşaatın gedişatı ilə tanış olduq", - deyə Ş.Bağırov qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti