MAQATE: "Rusiyanın tutduğu Zaporojye AES nəzarətdən çıxıb"

      MAQATE:    "Rusiyanın tutduğu Zaporojye AES nəzarətdən çıxıb"
  03 Avqust 2022    Oxunub:1613
Rusiyanın ələ keçirdiyi Zaporojye Atom Elektrik Stansiyasında(AES) vəziyyət hər gün daha da ağırlaşır. AzVision.az Sky News-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib.
Təşkilat rəsmisi qeyd edib ki, nüvə təhlükəsizliyinin bütün prinsipləri pozulub. AES-lə bağlı durum son dərəcə ciddi və obyekt təhlükə altındadır.

O, müharibənin əvvəlində stansiyanın yaxınlığında baş vermiş atışmalara da işarə vurub.
Qrossi MAQATE-nin AES-in işçi heyəti ilə müəyyən əlaqələrinin olduğunu da söyləyib. O, həmçinin AES-də avadanlıq və ehtiyat hissələrinin tədarükü zəncirinin qırılmasını önə çəkərək deyib ki, “biz stansiyanın ehtiyac duyduğu hər şeyi aldığına əmin deyilik”.
Qeyd edək ki, atom elektrik stansiyası hazırda Rusiyanın nəzarətindədir və strateji obyektdə ukraynalılardan ibarət heyət saxlanılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti