Alban-Udi Xristian Dini İcmasının üzvləri Hadruta gedib

Alban-Udi Xristian Dini İcmasının üzvləri Hadruta gedib
  03 Avqust 2022    Oxunub:1403
Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən qədim Alban məbədi növbəti dəfə Udilər tərəfindən ziyarət olunub.
AzVision.az xəbər verir ki, Alban-Udi Xristian Dini İcmasının üzvləri Xocavəndin Çinarlı kəndində Ağxaç kilsəsində olublar. Uzun illərdən sonra X-XII əsrə aid olan kilsələr əsl sahibləri olan alban udiləri qarşılayır.Onlar burada dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar.

Qeyd edək ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində​ yerləşən Alban kilsələri tarix-memarlıq abidəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.

AzVision.az


Teqlər:



Xəbər lenti