Energetika Nazirliyinin işçilərinin say həddi artırılıb

Energetika Nazirliyinin işçilərinin say həddi artırılıb
  03 Avqust 2022    Oxunub:1077
Prezident İlham Əliyev “Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi" və “Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” 15 may 2006-cı il tarixli fərmanında dəyişikliklər edilməsi haqqında” 11 aprel 2014-cü il tarixli fərmanında dəyişiklik edib.
Dəyişikliyə əsasən, Energetika Nazirliyinin işçilərinin say həddi 180-dən 200-ə, o cümlədən nazirliyin aparatı üzrə 140-dan 160-a çatdırılıb.

AzVision.az



Teqlər: Energetika  



Xəbər lenti