ATƏT Azərbaycan və Ermənistana çağırış edib

   ATƏT Azərbaycan və Ermənistana çağırış edib
  03 Avqust 2022    Oxunub:1155
“Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”.
AzVision.az xəbər verir ki, bunu ATƏT-in Polşa sədrliyi tviterdə açıqlayıb.

“Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, yanvarın 1-dən etibarən Polşa bir illik Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edir.

AzVision.az



Teqlər:



Xəbər lenti