“Obama tarixin ən qəddar prezidentidir”

 “Obama tarixin ən qəddar prezidentidir”
  06 Aprel 2013    Oxunub:1435
Şimali Koreyanın köhnə müttəfiqlərindən biri, Kuba inqilabının sabiq lideri Fidel Kastro Pxenyana müraciət edib.
O, bildirib ki, ölkənin gənc lideri Kim Çen In sakitləşməli və yaranmış vəziyyəti soyuqqanlıqla bir daha gözdən keçirməlidirr. Kuba lideri həmçinin qeyd edib ki, o, Pxenyan texniki və elmi nailiyyətlərini nəinki Amerika Birləşmiş Ştatları və Cənubi Koreyaya, həmçinin bütün dünyaya nümayiş etdirdi və indi geri çəkilmək vaxtıdır.

Pxenyanın nüvə silahı tətbiq edə biləcəyi ehtimalına da toxunan Fidel bundan dünya əhalisinin 70 faizinin əziyyət çəkəcəyini qeyd edib və Inın belə bir addım atmayacağına ümidvar olduğunu deyib. Sonda kubalı lider Barak Obama administrasiyasını sərt şəkildə tənqid edib. Kastro bildirib ki, əgər nüvə müharibəsi başlayarsa, Obama insanlıq tarixinə ən qəddar dövlət başçısı kimi düşəcək.


Teqlər:  





Xəbər lenti