Xırdalandakı partlayışda yaralananların son vəziyyəti açıqlandı

   Xırdalandakı partlayışda yaralananların son vəziyyəti açıqlandı
  04 Avqust 2022    Oxunub:1044
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən binada partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə AzVision.az -a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, iki nəfərin baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzində müalicəsi davam etdirilir. Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti