“Artemida I” Aya pilotsuz uçuşa hazırdır

“Artemida I” Aya pilotsuz uçuşa hazırdır
  04 Avqust 2022    Oxunub:1990
NASA-nın administratoru Bill Nelson çərşənbə günü keçirdiyi brifinqdə bildirib ki, Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsinin “Artemida” missiyası Aya qayıtmaq və bir müddətdən sonra Marsa yola düşmək üçün ilk fiziki addımlar atmağa hazırdır.
Nelsonun sözlərinə görə, idarənin səylərində beynəlxalq və kommersiya tərəfdaşları iştirak edəcəklər. O deyib ki, pilotlu uçuşa hazırlıq çətçivəsində bir neçə ay ərzində avadanlığı və sistemləri yoxlamaq üçün “Artemida I” Ayın orbitinə göndəriləcək.

Nelson bildirib ki, Aya qayıtma gələcəkdə Marsa səyahət yolunda bir pillə olacaq. İnsanlar gələcəkdə Marsda işləyəcək və NASA-nın daha böyük layihələrinə hazırlaşacaqlar. Nelson deyib: “Biz Marsa uçacaq və Aya qayıdacaq ki, işləyək, yaşayaq və salamat qalaq. Biz gələcəkdə zəruri olan hər şeyi yarada bilmək üçün Aydakı resurslardan istifadə etməyi öyrənəcəyik”.

Pilotsuz “Artemida I” missiyasının ən tezi avqustun 29-da Floridadakı Kennedi Kosmik Mərkəzindən buraxılması nəzərdə tutulur. Gələcəkdə astronavtları Aya və oradan geriyə çatdıracaq kapsula oxşayan pilotsuz “Orion” kapsulu bu missiya zamanı Ayın ətrafında 62 mildən 30.000 milə qədər uzunsov orbit boyunca hərəkət edərək, bütün imkanları sınaqdan keçirəcək, daha sonra Yerə qayıdacaq və Sakit okeanda suya enəcək. Administrator Nelsonun sözlərinə görə, “Artemida I” missiyasının məqsədlərindən biri ilk qadını və ilk qaradərili insanı Aya endirməkdir.

AzVision.az



Teqlər:





Xəbər lenti