İlham Əliyev: “Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”

      İlham Əliyev:    “Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”
  05 Avqust 2022    Oxunub:967
Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilib və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuz həlak olub.
AzVision.az -ın məlumatına görə, bunu Prezident İlham Əliyev Fransa dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

AzVision.az



Teqlər: Azərbaycan   Ermənistan  





Xəbər lenti