"Belə addım heç bir dinə, əqidəyə yaraşan hadisə deyil" - Hacı Surxay

   "Belə addım heç bir dinə, əqidəyə yaraşan hadisə deyil" -    Hacı Surxay
  05 Avqust 2022    Oxunub:1148
Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü Hacı Surxay Məmmədli Cümə xütbəsində ötən gün bir qrup radikal şəxsin Londondakı səfirliyimizə hücum etməsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, o, mətbuata açıqlamasında bildirib ki, bu hadisə insanların dini inancına zərbədir: “Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum heç də yaxşı hadisə deyil, insanların narazılığına səbəb olub. Sözsüz ki, bu hallar hansısa bir təxribatçı qrupun din adından yalan şüuarların səsləndirməsinin nəticəsidir. Baş verənlər qəbuledilməzdir. Bu cür fikirlərin, şüuarların ifadə edilməsi insanlığa böyük zərbədir. Mən bu hadisəni qətiyyətlə pisləyirəm, yolverilməzdir”.

Hacı Surxay qeyd edib ki, Azərbaycan bayrağının yerə atılması heç bir dini əqidəyə yaraşan hadisə deyil: “Çünki Azərbaycan bayrağının uğrunda on minlərlə vətən oğlu qəhrəmancasına vuruşub, qan töküb, şəhid olub. Belə bir addım heç bir dinə, əqidəyə yaraşan hadisə deyil. Bu hadisə eyni zamanda, bizim dövlətçiliyimizlə, insani dəyərlərimizlə ziddiyət təşkil edir”.

AzVision.az



Teqlər:





Xəbər lenti