"Qayıdışın uğuru sosial-iqtisadi şəraitlə sıx bağlıdır" - Mikayıl Cabbarov

   "Qayıdışın uğuru sosial-iqtisadi şəraitlə sıx bağlıdır" -    Mikayıl Cabbarov
  05 Avqust 2022    Oxunub:1170
İşğaldan azad olunmuş ərazilərimizə qayıdışın uğuru və dayanıqlılığı sosial-iqtisadi şəraitlə, həmçinin təhlükəsizliyin təmin edilməsi ilə sıx bağlıdır.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, infrastruktur təminatı, yaşayan, istehlak edən əhali olmarsa, orada sosial-iqtisadi layihələr barədə danışmaq yersizdir.

"Biz bu proseslərinin əlaqələndirilməsinin sürətini təmin etməliyik. Çünki bu olmasa Böyük qayıdışın dayanaqlılığını sual altına qoya bilərik. Sosial iqtisadi inkişafla qayıdışın templəri və sürəti uzlaşmalıdır. Evləri, binaları, kəndləri hansısa dövr ərzində tikə bilərik. Lakin ora qayıdan əhalinin nə işlə məşğul olacağını planlaşdırmasaq, onlar yalnız kənd təsərrüfatı ilə məşğul olacaq. Torpaqlarımız var, əhali qayıdır, bilik bacarıqlara malikdir. Lakin bu, məhdud inkişafdır və yalnız bir gəlir mənbəyidir.

Buna görə sənayeləşmə siyasətinin, ərazilərin ölkənin iqtisadi dəyər zəncirinə interqasiyası qarşıya qoyulan əsas hədəflərdəndir".

AzVision.az



Teqlər:





Xəbər lenti