UEFA “Fənərbağça”nı cəzalandırdı

UEFA “Fənərbağça”nı cəzalandırdı
  05 Avqust 2022    Oxunub:969
UEFA “Fənərbağça” ilə Kiyev “Dinamo”su arasındakı avrokubok matçında baş verən hadisələrlə bağlı qərarını açıqlayıb.
Qurum İstanbul klubunun bir ev oyununu qismən tamaşaçılarsız (minimum 5000 yerlik) keçirməsinə qərar verib. Bununla yanaşı, “sarı-lacivərdlilər” 50 min avro məbləğində cərimələniblər.

Qeyd edək ki, Kiyev “Dinamo”su ilə avrokubok matçında türkiyəli azarkeşlər tribunalardan Rusiya Prezidenti Vladimir Putinin adını səsləndirib ki, bu da qarşı tərəfin ciddi etirazlarına səbəb olub.

AzVision.az


Teqlər:





Xəbər lenti