Putin : “Dur deməyin vaxtı çatıb”

 Putin : “Dur deməyin vaxtı çatıb”
  06 Aprel 2013    Oxunub:1506
“Müxalif qüvvələrə silahlı yardım olunmasa, ölkədə Əsəd tərəfdarları ilə xalqın arasında baş verən qarşıdurmalara da son qoyula bilər”.
Rusiya prezidenti Vladimir Putin, Suriya lideri Bəşər Əsədin vəzifədən getməsi üçün tərəflər arasında danışıqların getmədiyini, hər iki tərəfin tezliklə bir masa arxasına əyləşib bu soyqırıma son verilməsini müzakirə edəcəklərini deyib.

Rusiya lideri Suriyada vuruşan tərəflərə zorakılıq əməllərinə son verməyə və silahı yerə qoymağa çağırıb.

Almaniyanın ARD televiziyasına müsahibə verən Putin, tərəfdaşları kimi, Bəşər Əsədin tezliklə getməsinin lazım olduğunu düşünmədiklərini bildirib. O, Suriya ilə bağlı dərindən düşünüb qərar verməyin vacibliyini qeyd edib.

Putin Liviyada baş verən hadisələrdən danışaraq, ölkənin üç yerə parçalandığını xatırladıb: “Liviyada baş verənlər göz qabağındadır. Suriyada da belə bir hadisələrin baş verməsini istəmirik. Hazırda Yəməndə də durum gərgin olaraq qalır. Biz düşünürük ki, ölkələrdəki vəziyyətlə bağlı masa arxasına oturub tərəflər öz aralarında razılığa gəlməlidir. Sonra isə dünya ictimaiyyəti həmin razılıqlara əsasən qərarlar qəbul etməli və qərarların icrasını yerinə yetirilməsinə çalışmalıdırlar”.

Rusiya lideri, həmçinin Rusiyanın Suriya hökümətinə silah daşımasının beynəlxalq hüquq baxımından hər hansı bir problem yaratmadığını , bunun qanuni hökümətin qərarlarına zidd olmadığını dilə gətirib. O, Suriyadakı vəziyyəti nizamlamaq üçün bölgədə hərbi əməliyyatlara son qoymağın və müxalifətə silah verilməsini dayandırmağın zəruriyini vurğulayıb.
“The New York Times” qəzetinin yazdığına görə, Putin hesab edir ki, hərbi əməliyyatların dərhal dayandırılmasına nail olmaq lazımdır:

"Beynəlxalq hüquq, qəti olaraq hər hansı bir ölkədə qeyri-sabitlik yaratmaq istəyən silahlı qruplara silah tədarükünü qadağa edir. Buna “dur” deməyin vaxtı çatıb. Deyirlər ki, Bəşər Əsəd xalqı ilə döyüşür. Düşünürəm ki, müxalif qüvvələrə silahlı yardım olmasa, ölkədə Əsəd tərəfdarları ilə xalqın arasında baş verən qarşıdurmalara da son qoyula bilər”.

Mirvari



Teqlər:  





Xəbər lenti