Meşədən əldə edilmiş işlik oduncağın açıq hərracı keçirilib

Meşədən əldə edilmiş işlik oduncağın açıq hərracı keçirilib
  06 Avqust 2022    Oxunub:959
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Meşələrin İnkişafı Xidməti ilə birlikdə meşə təsərrüfatlarından əldə edilmiş işlik oduncağın satışı məqsədilə ilk dəfə açıq hərrac keçirib.
AzVision.az -ın məlumatına görə, Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, hərracda iştirak üçün 8 nəfər ilkin ödəniş edərək müraciət edib. Qəbələ, Oğuz və Şabran rayonlarının meşə təsərrüfatlarında formalaşmış ümumilikdə 524 m3 müxtəlif cinsli işlik oduncaq materialı satışa çıxarılıb, bunun 400 m3-i satılıb.

Növbəti hərraclar barədə yaxın günlərdə məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti