Şəhid Tahir Əliyev Ağstafada dəfn olunub

   Şəhid Tahir Əliyev Ağstafada dəfn olunub
  06 Avqust 2022    Oxunub:1051
Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu Ağstafa rayonunda Şəhidlər xiyabanında dəfn olunub.
AzVision.az xəbər verir ki, dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.

Yaylım atəşindən sonra tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti