Artilleriyaçılarımız Qazaxıstana gedib

Artilleriyaçılarımız Qazaxıstana gedib
  06 Avqust 2022    Oxunub:1018
“Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün Qazaxıstana səfər edən komandamıza brifinq təqdim olunub.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, brifinqdə artilleriyaçılarımıza təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah olunub, ərazinin maketi üzərində atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri göstərilib, eləcə də poliqonun infrastrukturu və maddi-texniki bazası ilə bağlı məlumat verilib.



AzVision.az


Teqlər:





Xəbər lenti