Azərbaycanda 452 nəfər də koronavirusa yoluxdu, 5 nəfər öldü

Azərbaycanda 452 nəfər də koronavirusa yoluxdu, 5 nəfər öldü
  06 Avqust 2022    Oxunub:874
Azərbaycanda koronavirusa 452 yeni yoluxma faktı qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb.
AzVision.az xəbər verir ki, bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, koronavirusa yoluxmuş 5 nəfər vəfat edib.

Ölkədə bu günədək ümumilikdə 801 470 nəfərin koronavirus infeksiyasına yoluxması halı aşkarlanıb. Onlardan 788 612 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 098 nəfərdir.

Son sutka ərzində 3 750, hazırkı dövrədək isə 7 066 158 test aparılıb.

AzVision.az



Teqlər: Korona   Statistika  





Xəbər lenti