Ceyhun Bayramov İlya Darçiaşviliyə təşəkkürünü bildiriib

 Ceyhun Bayramov İlya Darçiaşviliyə təşəkkürünü bildiriib
  06 Avqust 2022    Oxunub:1024
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İliya Darçiaşviliyə həmrəylik və dəstəyinə görə təşəkkür edib.
AzVision.az xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə tviter hesabında yazıb.

“Radikalların Azərbaycanın Londondakı səfirliyinə misli görünməmiş hücumu ilə bağlı telefon danışığı ilə həmrəylik və dəstək ifadə etdiyinə görə Gürcüstandan olan həmkarım İliya Darçiaşviliyə təşəkkür edirəm”, - Ceyhun Bayramov qeyd edib.

Qeyd edək ki, Gürcüstanın Xarici İşlər Nazirliyi avqustun 4-də Londonda Azərbaycan səfirliyinə qarşı törədilən təxribatı pisləyib. Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili hadisə ilə əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək tam dəstəyini ifadə edib.

İliya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək baş vermiş hadisəni pislədiklərini, Azərbaycanın yanında olduqlarını və tam dəstək verdiklərini açıqlayıb.

Xatırladaq ki, avqustun 4-də bir qrup radikal dini dəstə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edib.

AzVision.az



Teqlər: Bayramov   Darçiaşvili  





Xəbər lenti