DİM bu gün imtahan keçirir

DİM bu gün imtahan keçirir
  07 Avqust 2022    Oxunub:968
Bu gün uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzVision.az -a bildirilib ki, imtahan saat 11:00-da başlanır. 10:45-dən sonra gələn namizədlər isə imtahana buraxılmırlar.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.

İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

• şəxsiyyəti təsdiq edən sənədin əsli;

• “İmtahana buraxılış vərəqəsi".

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 8 binada təşkil olunur.

İmtahanda iştirak etmək üçün 1992 namizəd qeydiyyatdan keçib.

İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 180 nəzarətçi müəllim, 24 buraxılış rejimi əməkdaşı ayrılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti