Minik maşını avtobusla toqquşdu - Bir nəfər ölüb

   Minik maşını avtobusla toqquşdu -    Bir nəfər ölüb
  07 Avqust 2022    Oxunub:962
Bu gün saat 08:20 radələrində Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AzVision.az - a verilən məlumata görə, daşıyıcı “BMH” MMC-nin açıqlamasına əsasən, qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib.

Hadisə nəticəsində, minik maşınında olan 1 nəfər ölüb, 1 nəfər isə təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti