Məcburi köçkün qadınların məşğulluğuna dəstək verilir

Məcburi köçkün qadınların məşğulluğuna dəstək verilir
  08 Avqust 2022    Oxunub:1034
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə birgə məcburi köçkün qadınların məşğulluğuna dəstək məqsədilə müxtəlif təlimlər, dəyirmi masalar və mütəmadi görüşlər təşkil edir.
Dövlət Komitəsindən AzVision.az -a verilən məlumata görə, Bərdə rayonu ərazisində məcburi köçkün qadınların fəallığının artırılması üçün birgə layihələr də bu əməkdaşlıq çərçivəsində həyata keçirilir.

“Məcburi köçkün qadınların sosial, iqtisadi və mədəni sahədə iştirakçılığının artırılması” adlı layihənin əsas məqsədi məcburi köçkün qadınların məşğulluq sahəsində inkişafına və maarifləndirilməsinə, bilik və bacarıqlarının artırılmasına, onların sosial, iqtisadi və mədəni həyata təşviq edilməsinə dəstək verməkdir.

İcrasına başlanılan pilot layihə Bərdə rayon ərazisindəki 588 və 866 ailəlik məcburi köçkün qəsəbələrində, həmçinin Alaçadırlı kəndində məskunlaşmış 40 məcburi köçkün qadını əhatə edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti