Hitlerin qol saatı 1,1 milyon dollara satıldı
ABŞ mediasından verilən məlumata görə, bu həftə yəhudi təşkilatları və amerikalı ictimaiyyətçilər həmin satışa etiraz edən onun heç bir tarixi dəyərə malik olmadığını bildiriblər. “Alexander Historical Auctions” hərrac evinin prezidenti Bill Panaqopulos hərracın hərəkətini müdafiə edərək bildirib ki, həmin saatı alan şəxs avropalı yəhudidir.
Saat AH insialları və svastika ilə bəzədilib. Hərrac evi bildirib ki, 1945-ci il mayın 4-də müttəfiqlərin qoşun hissələri Berxteskadendə Hitlerin iqamətgahına gələrkən bir fransız əsgər həmin saatı hərbi qənimət kimi götürüb.
Nasistlərin lideri 1945-ci il aprelin 30-da Berlində ölüb.
AzVision.az
Teqlər: