Səfər Mehdiyev polisi təhqir etdi: "Sən nə həyasız adamsan? - VİDEO

  Səfər Mehdiyev polisi təhqir etdi:  "Sən nə həyasız adamsan? -  VİDEO
  08 Avqust 2022    Oxunub:2187
Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev yol polisi tərəfindən saxlanılıb.
AzVision.az "Unikal"-a istinadən xəbər verir ki, 90-AA-978 dövlət qeydiyyat nişanlı "Mercedes Galendewagen" markalı avtomobilindən düşən sabiq DGK sədri Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib. O, YPX əməkdaşına "Sən nə həyasız adamsan? Görmürsən general-polkovnik Mehdiyevdir?" sözlərini deyib.

Qeyd edək ki, sözügedən video Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtda lentə alınıb.



AzVision.az



Teqlər:





Xəbər lenti