Dövlət Xidməti “Bolt Services AZ”a maliyyə sanksiyası tətbiq edib
İşə baxılması zamanı şirkətin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərdiyi və bununla da “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğu müəyyən edilib.
Dövlət Xidməti işə baxılmanın nəticəsi olaraq yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə “Bolt Services AZ”a icrası məcbur olan göstəriş verib, habelə haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq edib.
AzVision.az
Teqlər: