Ermənistanda demokratiya fondu yaradılır
"Ermənistanda demokratiyanın inkişafı fondu" adlanan qurum bu ildən işinə başlayacaq. Fondun yaradılması zərurətindən danışan "İrs" lideri məqsədlərinin demokratik dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacib olduğunu qeyd edib. O bildirib ki, hazırda ölkə prezidenti Serj Sərkisyan Ermənistanda totalitar rejim yaradaraq bütün demokratiya anlayışını ayaqlar altına atıb.
Ovanisyan bildirib ki, əgər belə davam edərsə bir neçə ildən sonra sadə ermənilər ümumiyyətlə demokratiya anlayışının nə olduğunu unudacaq. Müxalifət lideri bütün həmkarlarını bu qurum ətrafında birləşərək rejimə qarşı mübarizəyə səsləyib.
Teqlər: