Payızda Azərbaycanda karantin tətbiq oluna bilər

   Payızda Azərbaycanda karantin tətbiq oluna bilər
  09 Avqust 2022    Oxunub:675
"Əgər xəstəliyə yoluxma sayı ciddi şəkildə artarsa, xəstəxanaya yerləşdirilənlərin də sayı arta bilər. Biz üzü payıza doğru gedirik. Havalar soyuyacaq. Ola bilər ki, yoluxma sayının çoxalması stasionara yerləşdirilən xəstələrin həddindən artıq artmasına səbəb olsun. Bu da bizim səhiyyə sistemini yükləyəcək. Ona görə də müəyyən karantin tədbirləri də həyata keçirilə bilər”.
AzVision.az xəbər verir ki, bunu ATV kanalına müsahibəsində TƏBİB-in nümayəndəsi, Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.

O bildirib ki, 18 yaşına çatmış bütün şəxslərə vaksinasiya prosesindən kənarda qalmamağı məsləhət görüb: “Şərtlərə müəyyən qədər əməl etməliyik. Sıxlıq olan yerlərdə lüzumsuz təmaslardan çəkinmək, maskalardan istifadə etmək lazımdır”.

AzVision.az

Teqlər:







Xəbər lenti