İslam Həmrəyliyi Oyunlarında idmançımız ilk qələbəsini qazandı

İslam Həmrəyliyi Oyunlarında idmançımız ilk qələbəsini qazandı
  09 Avqust 2022    Oxunub:1506
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında azərbaycanlı taekvondoçu Haşım Maqomedov ərəb idmançısı ilə dueldə 2:0 hesabı ilə qalib gəlib.
AzVision.az xəbər verir ki, idmançımız döyüşün birinci raundunda 10:10, ikinci raundda isə 13:3 hesabı ilə üstünlük qazanıb.

Beləliklə, H.Maqomedov yarışın növbəti mərhələsinə keçib.

Bundan əvvəl isə yarışlarda Azərbaycan taekvondoçusu Səyyad Dadaşov İordaniya idmançısı ilə dueldə 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunların rəsmi açılış mərasimi bu gün baş tutacaq. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərində 14 obyektdə keçiriləcək. Yarışın nəticələrinə əsasən, idmançılara 355 medal təqdim olunacaq. Azərbaycan oyunlarda 24 idman növündən 22-i üzrə 300 idmançı ilə təmsil olunur.







AzVision.az



Teqlər:





Xəbər lenti