“Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimi keçirilib

“Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimi keçirilib
  09 Avqust 2022    Oxunub:984
Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 13-də yarışların birinci günündə çıxış edəcəklər.

Komandamız Monqolustandan olan tank heyəti ilə yarışacaq.



AzVision.az



Teqlər:





Xəbər lenti