Ekoloji mühitə ziyan vurulması ilə bağlı cinayət işləri başlanılıb

   Ekoloji mühitə ziyan vurulması ilə bağlı cinayət işləri başlanılıb
  09 Avqust 2022    Oxunub:1148
Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin Nəsimi rayonu, habelə Yevlax və Xaçmaz rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Bakı şəhərinin Nəsimi rayonuda “Şərq İnşaat” MTK-nın icarəsinə verilmiş olduğu ərazidə, Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Lalə tekstil” MMC-nə məxsus tikilinin qarşısında meşə fonduna daxil olmayan və Xaçmaz rayonunun ərazisində meşə fonduna daxil olan ağacların və kolların qanunsuz kəsilməsi, həmin ərazinin qanunsuz şumlanması və əkilməsi faktları aşkar edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti